Noy 19, 2015 09:50 Asia/Baku
  • Yəməndə anlaşmanın əldə edilməsi üçün region ölkələrinin yardımına təkid edildi
    Yəməndə anlaşmanın əldə edilməsi üçün region ölkələrinin yardımına təkid edildi

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşdə region ölkələrinin yardımı ilə Yəmnlə bağlı növbəti müzakirələrin bu ölkədə davamlı anlaşmaya yol açacağına ümidvarlıq edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şyex Əhməd Tehrana olan səfəri zamanı İran xarici işlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmir Abdullahiyan ilə görüşüb, Yəmən böhranı ilə bağlı 2-ci iclasın keçirilməsindən öncə, Yəməndə cərəyan edən hadisələrlə bağlı fikir mübadiləsi aparıb.
Əmir Abdullahiyan bu görüşdə BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin Yəmənlə bağlı Cenevrə danışıqlarının təşkil edilməsi üzrə səylərini yüksək qiymətləndirib və Yəməndə yenidən sabitlik və təhlükəsizlyin bərqərar edilməsi üçün region ölkələrinin Cenevrə danışıqlarının davamlı bir anlaşmaya nail olmasına kömək etmələrini istəyib.
BMT baş katibinin xüsusi nümayəndəsi də bu görüşdə bəzi ölkə rəsmiləri və Yəmənli qruplar ilə son məsləhətləşmələrinin nəticəsinə işarə edərək, deyib: bütün daxili və xarici tərəflər, Yəməndə cərəyan edən 8 aylıq müharibənin ardınca, bu nəticəyə çatıblar ki, Yəmən böhranı hərbi həll yoluna malik deyil və bu ölkədəki insan faciəsi təhlükəli həddə çatıb.
İsmayıl Vələd Şeyx əlavə edib: İran İslam Respublikası regionun təsirli və mühüm ölkəsi olaraq, regionda terrorizm ilə mübarizədə həlledici rola malikdir.

Teqlər