İran Silahlı Qüvvələri istənilən təhdidə möhkəm cavab verəcəkdir
Noy 19, 2015 16:09 Asia/Baku
İran İslam Respublikası ordusu baş komandanı deyib: İran Silahlı Qüvvlərinin İranı müdafiə etmək üçün zarafatı yoxdur və hər bir təhdidə möhkəm cavab verəcəkdir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ordu generalı Ətaullah Salehi Şələmçə sərhədinə baxış keçirdikdən sonra jurnalistlərə verdiyi müsahibədə əlavə edib: Düşmənin də İslam Respublikası ilə zarafatı yoxdur və əgər İranı məhv etmək gücü olsaydı, indiyə qədər bunu etmişdi.Ordu generalı Salehi bildirib: İndiyə qədər düşmənin İran qarşısında yanlışlığa yol verməməsi, İran İslam Respublikasının Silahlı Qüvvələrinin yüksək potensialını dərk etməsini göstərir.
İran İslam Respublikası ordusu baş komandanı əlavə edib: Hazırda regiondakı terrorizm əl-Qaidə, Taliban, Somali dəniz quldurları və İŞİD kimi müxtəlif adlarda peyda olublar və bu sahədə sayıq olmaq lazımdır.