Tehran Qaz İxrac edən Ölkələr Forumu sammitinə ev sahibliyi edir
Noy 23, 2015 07:13 Asia/Baku
-
Tehran Qaz İxrac edən Ölkələr Forumu sammitinə ev sahibliyi edir
Qaz İxrac edən Ölkələr Forumunun 3-cü sammiti bu gün Tehranda keçiriləcək.
Qaz İxrac edən Ölkələr Forumunun 3-cü sammiti bu gün Tehranda keçiriləcək.Qaz İxrac edən Ölkələr Forumuna üzv 9 ölkə başçısı və yüksək səviyyəli qonaqlar bu iclasda iştirak edəcəklər.
Türkmənistan, Boliviya, Venesuella, Nigeriya, İraq və Ekvatoriyal Qvineya prezidentləri artıq Tehrandadırlar.
Üzv ölkələrin bu sammitdə geniş formada və yüksək səviyyədə iştirak etmələri, İrana qarşı sanksiyaların ləğv edilməsi ilə dünyanın enerji və təbii qaz bazarında gözlənilən dəyişikliklərin önəmindən xəbər verir.
İran, Əlcəzayir, Boliviya, Misir, Ekvatoriyal Qvineya, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidat və Tobaqı, Venesuella və BƏƏ Qaz İxrac edən Ölkələr Forumunun 12 əsas üzvü sayılır. Hollandiya, Norveç, İraq, Oman, Peru və Azərbaycan Forumun müşahidəçi üzvləri sayılırlar.
Teqlər