Noy 24, 2015 14:12 Asia/Baku
  • İraq prezidentinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü
    İraq prezidentinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: İraq xalqı böyük və qədim tarixə malik bir xalqdır ki, son dərəcə mühüm olan qüdrətli və sayıq gənclər imkanına malikdir.

Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü İraqın prezidenti Fuad Məsum və onu müşayiət edən heyətlə görüşdə iki ölkənin və iki xalqın əlaqələrini köklü, tarixi və qonşu ölkələr əlaqələrindən geniş adlandırıblar.
O həzrət əcnəbilərin təhriki ilə Səddam tərəfindən başladılmış səkkiz il müharibəyə rəğmən, İran və İraq xalqlarının qardaşcasına, səmimi və məhəbbətli əlaqələrinə işarə edərək, onu qəribə bir fenomen adlandırıb və belə əlavə ediblər: Ərbəin mərasimi yürüşü bu dostcasına əlaqələrin bir nümunəsidir. Belə ki, İraq xalqı iranlı zəvvarların qarşılanmasında məhəbbət və xeyirxahlıq cəhətdən əlindən gələni əsirgəmir.
İslam İnqilabının Böyük Rəhbəri İraqdakı son irəliləyişlərdən və İŞİD fitnəsi üzərində nisbətən yaxşı qələbədən razılıq edərək, İraqdakı hazırkı vəhdətin qorunması vacibliyini vurğulayıb və belə söyləyiblər: İraq hökumətinin təşkilat quruluşunda prezident xas yerə malikdir və ixtilafların azaldılması və birliyin artırılmasında təsirli rol oynaya bilər.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin bəzi xarici tərəflərin İraqda ixtilaf törətmək üzrə səylərinə toxunaraq, belə qeyd ediblər: İraq xalqı, o sıradan şiə, sünni, kürd və ərəb əsrlər boyudur ki, heç bir problem olmadan bir-birilərinin kənarında yaşayırlar, amma təəssüflər olsun ki, regionun bəzi ölkələri, həmçinin əcnəbilər ixtilafları şişirtmək ardıncadırlar ki, onun qarşısında durmaq və ixtilafların törənməsinə zəmin yaradan hər cür bəhanədən çəkinmək lazımdır.
Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, İraq bu gün özünün böyük xalqı, həmçinin qüdrətli və sayıq gəncləri ilə keçmişdəki İraqdan tamamilə fərqlənir. O həzrət əlavə ediblər: İraq gəncləri hazırda oyanaraq, öz qüdrət və bacarıqlarını tanıyıblar və belə gənclər qəti surətdə Amerikanın hökmranlığı altına getməyəcəklər.
İraq prezidenti də bu görüşdə İslam İnqilabının Böyük Rəhbəri ilə görüşdən məmnunluq ifadə edərək, Həzrət Ayətullahuluzma Xameneinin böyük təqlid mərcəyi və müctəhid kimi İraqın xalqı və məsul şəxsləri arasındakı yeri və sözlərinin nüfuzuna işarə edərək, deyib: Sizin İraqda ixtilafdan çəkinmə və vəhdətin qorunması barədəki tövsiyələriniz mütləq təsirli olacaqdır.

Teqlər