İran və Yunanıstan xarici işlər nazirlərinin mətbuat konfransı
Noy 29, 2015 19:07 Asia/Baku
İranın xarici işlər naziri nüvə anlaşmasının icrasının davam etməsinin İranın nüvə proqramının saxta və ehtimal olunan hərbi cəhətləri barədəki işin bağlanmasından asılı olduğunu bildirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Tehranda Yunanıstanın xarici işlər naziri Nikolas Kotzias ilə birgə mətbuat konfransında qarşıdakı həftələrdə İranın nüvə məsələsi barədə MAQATE-nin yekun hesabatının yayılacağına toxunaraq, deyib ki, PMD işnin bağlanması, nüvə anlaşmasının icrasının davam etməsinə lazım olan məsələdir.Zərif İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun hesabatını gözlədiyini bildirərək, deyib: Ondan daha mühümü, direktorlar şurasının İranın nüvə proqramı barədəki keçmiş məsələlər mövzusunun bağlanması barədə qərarıdır ki, yanlış olaraq, ona PMD deyilir, zira bu məsələlərin heç bir hərbi cəhəti olmayıb ki, ona xas bir ad verilmiş osun.
İranın xarici işlər naziri vurğulayıb: Əgər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun hesabatı reallıqları irəli sürərsə, İran və agentliyin təsdiq olunmuş həmkarlığına əsasən, bu hesabat keçmiş məsələlər işinin bağlanması ilə nəticələnməlidir.
Zərif İslam İnqilabının Böyük Rəhbərinin təkidlərinin nüvə anlaşmasının düzgün icrasına olduğunu bildirərək, söyləyib: İranın 5+1 qrupuna üzv ölkələrdən olan intizarı öhdəliklərə əməl etməkdir, zira öhdəliklərə sədaqət, terrorizm kimi məsələlər barədə bütün tərəflərin gələcək əməkdaşlıqlarının genişlənməsi ilə nəticələnəcək.
İranın xarici işlər naziri həmçinin İran ilə Yunanıstanın ikitərəfli və regional həmkarlıqları genişləndirmək üzrə əzmkarlığından xəbər verərək, deyib: İki ölkə sənaye, enerji və bank dairələrində həmkarlıq üçün müxtəlif zəminlərə malikdir ki, iki tərəfin rəsmilərinin müzakirələrində ona baxılmalıdır.
Zərif habelə region olaylarına toxunaraq, deyib: İfratçılıq təmayüllərinin düşmənçiliyi və qarşıdurmaları qızışdırdığı bu dövrdə İran və Yunanıstan dialoq carçıları kimi qarşılıqlı hörmət əsasında səmərəli anlaşma və mötədilliyə əməl edə bilərlər.
Yunanıstanın xarici işlər naziri Nikolas Kotzias da bu mətbuat konfransında bu ölkənin baş nazirinin 2016-cı ilin birinci yarısında İrana olacaq səfərindən xəbər verərək, ümidvarlıq edib ki, Yunanıstan baş nazirinin İran səfərində turizm və gəmiçilik barədə memorandumlar imzalanacaq.
Kotzias Səhər beynəlxalq telekanalı müxbirinin gəmiçilik və turizm sahələrində əməkdaşlıq memorandumlarının imzalanması və onun müştərək komissiya formasında araşdırılması haqdakı sualına cavabda deyib: İran neft, qaz və bəzi ehtiyatlar sahəsində zəngin sərvətə malikdir və Yunanıstan da gəmiçilik sahəsində varlıdır. Buna görə, İran və Yunanıstan asanlıqla müxtəlif sahələrdə yüksək səviyyədə həmkarlıqlar edə bilərllər.
Yunanıstanın xarici işlər naziri İranla hərtərəfli əməkdaşlıqların genişləndirilməsi məqsədilə Yunanıstanın sənaye və xarici ticarət nazirinin iki müavini və mühüm yunan şirkətləri, eləcə də özəl sektorun nümayəndələrindən bir qrupunun daxil olduğu nümayəndə heyəti ilə Tehrana səfər edib.