Noy 30, 2015 11:55 Asia/Baku
  • Yunanıstan: Region problemlərinin həlli yalnız İranın həmkarlığı ilə
    Yunanıstan: Region problemlərinin həlli yalnız İranın həmkarlığı ilə

Yunanıstanın xarici işlər naziri deyib ki, heç bir region problemi İranın iştirakı olmadan həll olunası deyil.

Kurtzias IRIB müxbiri ilə eksklüziv müsahibədə İranın təsirli regional rolu və addımlarına toxunaraq, əlavə edib: İran və onun müttəfiqləri region problemlərini həll etməyə qadirdirlər, belə ki, hazırda regionun bəzi hissələrində bu addımların şahidiyik.
O, deyib: Heç kəsə gizli deyil ki, İŞİD-in İraqın bəzi hissələrinə hücumundan sonra, hazırda bu məntəqələrdə hökm sürən dinclik İranın addımları və yardımlarından mənşə alıbdır.
Kurtzias vurğulayıb: Heç bir region problemi İranın iştirakı olmadan həll olunmayacaq və yalnız İranın iştirakı və həmkarlığı ilə regionun bir çox problemini həll etmək olar.
Yunanıstanın xarici işlər naziri həmçinin bu ölkənin iqtisadi böhranı barədəki digər bir sualın cavabında deyib: Bu böhran Avropa İttifaqının keçmişdəki yanlış siyasətlərinin nəticəsi olub və nəinki Yunanıstanı, həm də digər Avropa ölkələrini özü ilə məşğul edibdir.

Teqlər