Rezayi: İran İŞİD neftinin Türkiyəyə satışı sənədlərinə malikdir
Dek 05, 2015 09:55 Asia/Baku
-
Rezayi: İran İŞİD neftinin Türkiyəyə satışı sənədlərinə malikdir
İranın Məsləhət Şurasının katibi deyib ki, İran İŞİD terrorçu qrupu tərəfindən Türkiyəyə qanunsuz neft satışı sənədlərinə malikdir.
IRNA-nın məlumatına görə, İranın Məsləhət Şurasının katibi Mohsen Rezayi cümə günü Tehranda müxbirlər qarşısında əlavə edib: Əgər Türkiyə dövləti İŞİD terrorçu qrupu tərəfindən Türkiyəyə qanunsuz neft satışından xəbərsizdirsə, Tehran bu məlumatları Ankaranın ixtiyarına qoymağa hazırdır.Rezayi deyib: İranın Suriyadakı hərbi məsləhətçiləri İŞİD terrorçu qrupunun neft daşıyan yük maşınlarının Türkiyəyə gedən bütün yollarının fotosunu çəkib, filmini lentə alıblar və bu sənədlər təqdim oluna və yayıla bilər.
İranın Məsləhət Şurasının katibi həmçinin deyib: Tezliklə təkfirçi qrupların və İŞİD-in məhvi barədə mühüm xəbərlər xalqın nəzərinə çatdırılacaq.
Rezayi vurğulayıb: Terrorizmlə mübarizə aparan ölkələr soyuqqanlılıqla öz aralarındakı problemləri azaltmalı və öz qüdrətlərindən İŞİD terrorçu qrupunu məhv etmək üçün istifadə etməlidirlər.
Rusiya da son zamanlar bildirdi ki, Moskva Türkiyənin İŞİD-in qanunsuz neft ticarətində əli olması barədə sənədlərə malikdir.