Dek 06, 2015 13:16 Asia/Baku
  • -İnqilab Rəhbərinin məktubu İslam Dünyası ilə Qərb arasındakı münasibətlər üçün yeni prinsipdir
    -İnqilab Rəhbərinin məktubu İslam Dünyası ilə Qərb arasındakı münasibətlər üçün yeni prinsipdir

İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam İnqilabının Böyük Rəhbərinin Qərb gənclərinə ünvanladıqları məktub İslam Dünyası ilə Qərb arasındakı münasibətlər üçün ağıl, məntiq, həqiqət və qarşılıqlı hörmət əsasında yeni bir baza hesab olunur.

İRNA-nın məlumatına görə, Əli Laricani İslam Şurası Məclisinin bu günkü iclasından öncə etdiyi çıxışında deyib: İnqilab Rəhbərinin məktubu imperialist qüdrətlərin nəhs ruhiyyəsindən qaynaqlanan dünyadakı hazırkı düşmənçiliklərin üzərindəki pərdələri yırtaraq, həqiqətləri aşkara çıxartmış oldu.
Laricani əlavə edib: İslam Dünyası həmişə cəhalət və təəssübkeşlikdən qaynaqlanan kobudluqlar ilə müxalif olub və regionun terrorizm bəlasına düçar olmasının arxasında böyük qüdrətlərin xüsusi xidmət orqanları və regiondakı diktatorlar dayanır.
İran İslam Şurası Məclisinin sədri regionda terrorizm ilə mübarizəyə də işarə edib və deyib: Terrorizm ilə mübarizə əsasən başqa məqsədlərə xidmət edən hərbi müdaxilələrə ehtiyaclı deyil. Əksinə, bu hərbi müdaxilələr və qoşun yeritmələr terrorizmin genişlənməsinə səbəb olur.
Laricani Türkiyənin İraqa olan hərbi müdaxiləsini də yeni problemlərin yaranmasına səbəb olan amil adlandırıb və deyib: Regionda baş qaldıran nəhs terrorizm fenomeninə yeni forma verməyə səy göstərilir.
İran İslam Şurası Məclisinin sədri həmçinin deyib: İran İslam Respublikası regionda sülh, sabitlik və təhlükəsizlik istəyir və region ölkələrini terrorizm ilə mübarizədə sədaqətli olmağa və əməkdaşlığa dəvət edir.
İranın qanunvericilik orqanı başçısı həmçinin, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun PMD işi ilə bağlı son hesabatına işarə edərək, deyib: Bəzi əsassız iddiaların yanlışlıqla İranın nüvə işi ilə əlaqələndirilməsinə rəğmən, bu hesabatın 88-ci maddəsi yekun olaraq etiraf edib ki, İranın nüvə fəaliyyətlərində hansısa yayınma halı və buna dəlalət edəcək fakt mövcud deyil.
Əli Laricani sonda ümidvarlıq edib ki, MAQATE-nin Diirektorlar Şurası bu hesabata əsasən İranın nüvə proqramı ilə bağlı süni şəkildə yaradılan işi bağlı elan edəcək və nüvə anlaşmasının icrasına zəmin yaradacaq.

Teqlər