İran və Hindistan neft-qaz layihələrində əməkdaşlıq edir
Hindistan və İranın Ticarət Palatasının sədri İran İslam Respublikası və Hindistanın neft-qaz layihələrində 5 milyon dollarlıq əməkdaşlığından xəbər verib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Hindistan və İranın Müştərək Ticarət Palatasının sədri Prvinder Sink Çanduk İSNA-ya verdiyi müsahibədə hindistanlıların İranın neft və qaz sektorlarına daxil olmasına marağına toxunaraq proqnoz edib ki, iki ölkənin əməkdaşlıqlar həcmi bu layihələrdə 5 milyon dollara çatacaq.
Çanduk İranın yeni neft müqavilələri barədə əlavə edib: Hindistanın İranın yeni neft müqavilələri barəsində rəyi çox müsbətdir. Çünki belə müqavilələrdə hər bir məsələ düzgün qaydada nəzərdə tutulub. Bu məsələ investisiya üçün yaxşı fürsəti yaradır.
İran və Hindistanın Ticarət Palatasının sədri bildirib: İran həmişə beynəlxalq şirkətlərlə yaxşı əməkdaşlıqlara malik olmuşdur və hətta elan olunmamış müharibə dövründə də iranlı podratçılar xaricilərin haqqının tapdalanmasına icazə vermədilər.
Sink Çanduk son illər ərzində İranla əməkdaşlıq üçün əsas problemin sanksiyalar olduğunu bildirib və deyib: Sanksiyaların ləğvi ilə xarici şirkətlər də qayıdacaqlar. Xüsusilə də Hindistan hal-hazırda əməkdaşlıqların genişləndirilməsinə xüsusi maraq göstərir.