Dek 11, 2015 08:55 Asia/Baku
  • İran radikallığı olmayan dünya qətnaməsinin ilkin mətnini BMT-yə təqdim edib
    İran radikallığı olmayan dünya qətnaməsinin ilkin mətnini BMT-yə təqdim edib

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi cümə axşamı günü günortadan sonra İranın təklif etdiyi radikallıq və ekstremistliyi olmayan dünya adlı təklif etdiyi qətnamənin ilkin mətnini BMT Baş Assambleyasına təqdim edib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Qulaməli Xoşru deyib: Ölkələrin İran İslam Respublikasının təklif etdiyi qətnamə üzrə yekun rəyi və onu dəstəkləməsi BMT tərəfindən dünyada radikallıq və zorakılıq problemi ilə davranmanın zəruriliyini əks etdirir.

Sərt radikallığın ilahi dinlərdə yeri olmadığını bəyan edən Xoşru xəbərdarlıq edib ki, ayrı-seçkilik odunu alovlandırmaq, nifrət yaymaq və digər dinlərin ardıcıllarını suçlamaq terrorçuların kor-koranə və sərt düşüncələrinin güclənməsindən başqa faydası olmayacaq.

İranın BMT-dəki daimi nümayəndəsi sərt radikallıq və onunla əlaqədar problemlər, o cümlədən firqə kobudluqlarının ötən iki ildə artmaqda olduğuna toxunaraq deyib: Suriya və İraqda radikal qrupların vəhşilikləri və son vaxtlar Paris, Beyrut, Misir, Ankara, Amerika və digər yerlərdəki aktlar BMT Baş Assambleyasının bu problemin aradan qaldırılması istiqamətində ciddi şəkildə addım atmasını zəruri edir.

Xoşru vurğulayıb ki, terror təhdidlərinin heç bir coğrafi sərhəd tanımadığı hazırkı dünyada bu problemlə mübarizənin yeganə yolu beynəlxalq ictimaiyyətin kollektiv səyidir.

İranın BMT-dəki səfiri sərt radikallığı hər bir dinə aid etməkdən çəkinmənin vacibliyini vurğulayıb və deyib: İlahi dinləri suçlamaqla digər dinlərin ardıcıllarına qarşı nifrətin yayılmasına əl atanlar əslində terrorçulara kömək edib və qaranlıq və sərt ideologiyanın genişlənməsi və əlavə qüvvənin cəzb olunmasında terrorçuları gücləndirirlər.

Teqlər