Azərbaycan Respublikasının Tehrandakı səfirliyi önündə etiraz aksiyası
https://azeri.sahartv.ir/news/İran-i200742-azərbaycan_respublikasının_tehrandakı_səfirliyi_önündə_etiraz_aksiyası
Azərbaycan Respublikasının Tehrandakı səfirliyi önündə etiraz aksiyası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2015 16:24 Asia/Baku
  • Azərbaycan Respublikasının Tehrandakı səfirliyi önündə etiraz aksiyası
    Azərbaycan Respublikasının Tehrandakı səfirliyi önündə etiraz aksiyası

Azərbaycan Respublikasının Tehrandakı səfirliyi önündə etiraz aksiyası keçirilib.

İmam Rza(ə)-ın şəhadətinin ildönümü günü ilə bir vaxtda Tehranın bir qrup inqilabçı gənci Azərbaycan Respublikasının Tehrandakı səfirliyi önünə toplaşaraq, Nardaranda şiələrin qəddarcasına yatırılmasını pisləyibdir.

Aksiyaçılar İranın Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası hökumətindən Ərbəin günü ərəfəsində Nardarana qarşı hərbi hücum barədə izahat verməsini istəməsini tələb ediblər.

Aksiya iştirakçıları həmçinin Hacı Taleh Bağırzadənin və Nardaranda həbs olunmuş digər dindarların tez bir zamanda azadlığa buraxılmasını və nardaranlılara bu kənddə və Rəhimə xanım imamzadəsində islami nişanələri yerləşdirmək azadlığının verilməsini tələb ediblər.

Tehranın hüquq-mühafizə qüvvələri də Azərbaycan Respublikasının Tehrandakı səfirliyini qorumaq üçün səfirliyin ətrafında çoxlu sayda polis yerləşdirmişdi.