Dek 14, 2015 09:15 Asia/Baku
  • İran nüvə müzakirələrində sayıq addım atdı
    İran nüvə müzakirələrində sayıq addım atdı

İran İslam Şurası Məclisinin sədri deyib: İran müzakirələrdə düzgün yolu seçdi. Çünki bu sahədə texniki nailiyyətləri əldə etdi, onu təsbit etdi və həmçinin ölkənin üzərindən təzyiqləri götürdü.

Səhər Beynəlxalq Televiziyasının İslam Şurası Məclisinin İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bildirib: Nüvə məsələsində sayıq şəkildə addım atıldı və İran nüvə biliyinə sahib ola bildi. Əlbəttə bu yolda xərclər də oldu. Lakin hazırda İslami İran texnologiya sahəsində rəy sahibidir.

Laricani İranın nüvə işinin prosesinin formatını bəyan edib və deyib: Onlar şifahi şəkildə bildirirdilər ki, zənginləşdirmə haqqını İran üçün qəbul edirik. Lakin biz onlardan bu sahədə yazılı öhdəlik istədik və onların bu öhdəliyi verdiyi zaman müzakirələr formalaşdı.

İranın qanunvericilik orqanının rəhbəri əlavə edib: İranın tələsik qərar verməsinin söylənilməsi ölçülmüş söz deyildir. Çünki ötən üç il yarım ərzində müzakirəçilər daim hesabat verirdilər və lazımi araşdırmalar aparılırdı.

Laricani Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasının addım-addım olduğunu və hər bir addımda iki tərəfin öhdəliklərini yerinə yetirməli olduqlarını bildirərək əlavə edib: Ümidvarıq ki, gələn günlərdə Amanonun hesabatı və qətnamənin ilkin mətninin təsdiqlənməsi ilə nüvə proqramında ehtimal olunan hərbi cəhətlər işi bağlanacaq. Çünki belə olmazsa, növbəti addımlar atılmayacaq.

Sanksiyaların praktiki şəkildə ləğv edilməli olduğunu qeyd edən Laricaninin sözlərinə görə, əgər onlar öz öhdəliklərini yerinə yetirərlərsə, biz də verdiyimiz vədə sadiqik. Lakin əgər onlar hər bir növbədə düzgün şəkildə addım atmazlarsa, İran da qarşılıqlı işi yerinə yetirəcəkdir.

Laricani regional məsələlər barədə də deyib: Regionun vəziyyəti problemlərlə üzləşib. Onun bir hissəsi terrorçuların olmasına, digər bir hissəsi bəzi ölkələrin avantüralarına görədir. Bu da ixtilafların artması və Yəmən, Bəhreyn, İraq və Suriya kimi ölkələrdə ixtilafların alovlanmasına səbəb olmuşdur. Elə Mosul məsələsi də sadə məsələ deyildir. Aydındır ki, regionda yeni alovların yaranmasına səbəb olacaq böyük plan yürüdülüb.

İran parlamentinin sədri regionun bu gərgin vəziyyətində İslami İranın həmişə daxildə və sərhədlərdən kənarda davamlı təhlükəsizliyin yaranması ardınca olduğunu bildirərək söyləyib: İran digər ölkələrlə müqayisədə regional məsələlərdə həmişə düzgün qərarı vermişdir və qərblilər də İranın ölçülmüş davranışını qəbul ediblər. İran həmişə onlara xəbərdarlıq edir ki, terrorizmdən vasitə olaraq istifadə etməsinlər.

Teqlər