Dek 14, 2015 09:37 Asia/Baku
  • İran Nigeriyadakı qarşıdurmalardan təəssüfləndi
    İran Nigeriyadakı qarşıdurmalardan təəssüfləndi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nigeriyadakı toqquşmalardan dərin təəssüflənərək din və məzhəb müqəddəsləri, müqəddəs məkanları və tanınmış şəxsiyyətlərinə hörmətlə yanaşmanın vacibliyini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Hüseyn Cabiri Ənsari deyib: İslam Əməkdaşlıq Təşkilatının önəmli üzvü olan Nigeriya radikallıq və təkfirçi terrorizmdən yaranan problemlərlə üzləşmişdir və ümidvarıq ki, bu şəraitdə terrorizmlə mübarizə üçün milli həmrəylik və stabilliyin qorunması prioritet olaraq saxlanılacaq və tələsik və qeyri-konstruktiv addımların atılmasından çəkiniləcək.

Nigeriya ordusu bu ölkə şiələrinin rəhbəri Şeyx İbrahim əl-Zəkzakinin mənzilinə hücum edərək onlarla nəfər, o cümlədən onun oğlu, həyat yoldaşı, müavini və bir neçə nəfəri şəhid ediblər.

Teqlər