Nigeriyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı
Nigeriya ordusunun Zaria şəhərində şiələrin hüseyniyyəsinə hücumu ardınca bu ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatının rəhbəri İbrahim Zakzakinin başçılıq etdiyi bir qrup şiənin həlak olması və yaralanması ilə nəticələnən ordunun Zaria şəhərində şiələrin hüseyniyyəsinə hücumunun ardınca, bu gün günortadan sorna Nigeriyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb və İslam Respublikasının bu hadisə ilə bağlı nigaranlığı ona bildirilib.
İran Xarici İşlər Nazirliyinin Afrika məsələləri üzrə 1-ci idarəsinin direktoru bu hücumu pisləyərək və onu qəbuledilməz adlandıraraq Nigeriya hökumətinin şiələrin canı və məkanlarının, xüsusilə də bu ölkənin İslam Hərəkatının rəhbərinin qorunması istiqamətindəki məsuliyyətini vurğulayıb.
O əlavə edib: İran İslam Respublikası hadisənin cəhətlərinin müəyyənləşməsi, yaralıların müalicəsi və dəymiş xəsarətin tez bir zamanda aradan qaldırılmasının ciddi şəkildə istəyib.
Nigeriyanın müvəqqəti işlər vəkili də bu görüşdə iki ölkənin müsbət əlaqələrinə toxunaraq deyib: İran İslam Respublikasının nigaranlığını tez bir zamanda təmsil etdiyi ölkənin hökumətinə əks etdirəcək və lazımi məlumatları aldıqdan sonra onu elan edəcək.