Salehi: PMD adlı bir işimiz olmayacaq
-
Salehi: PMD adlı bir işimiz olmayacaq
İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbi cəhətləri ilə bağlı PMD işi heç vaxt reallığı əks etdirməyib və həmişəlik olaraq bağlanıb.
Əli Əkbər Salehi şənbə günü bir televiziya proqramında İranın nüvə işinin 15 dekabrda bağlandığını deyərək, əlavə edib: Buna baxmayaraq, İranın nüvə işi nüvə anlaşması çərçivəsində araşdırılmaqda davam edəcək.
Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən irəli sürülən və İran üçün xoşagəlməz olan məsələlər barədə də deyib: Bu kimi məsələlər Qərb insanlarını qane etmək üçün səsləndirilir. Amma, qəbul olunmuş qətnamədə İranın nüvə fəaliyyətlərində heç bir qanunsuz halın olmadığına təkid edilib. Və bildirilir ki, İranın nüvə fəaliyyətləri AEBA-nın qanunları çərçivəsində olub.
İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: Qəbul olunmuş qətnamə bizim bütün tələblərimizi yerinə yetirdi və öncəki qətnamələrin hamısı ləğv edildi, PMD işi bağlandı.
İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin, müzakirə tərəflərinin Parçin barədəki iddialarına da işarə edib və deyib: Bu iddialar əsasında iki dəfə təftişlərin aparılmasına icazə verilib. Və bu təftişlər nəticəsində hər hansı bir qeyri-qanuni hal aşkar edilməyib. Bu da İran İslam Respublikasının doğru və düzgün mövqedə olduğunu sübut edir.
Salehi İranın nüvə fəaliyyətləri ilə bağlı PMD işinin bağlı elan edilməsi haqda da deyib: İran, Qərb ölkələrində tətil günləri ilə bağlı məhdudiyyətlərə rəğmən, nüvə anlaşmasının icra prosesinin razılaşdırılmış zaman cədvəli və təyin olunmuş proqram əsasında davam etməsini istəyir və 2016-cı ilin yanvar ayının əvvəllərinə kimi İrana qarşı sanksiyların ləğv edilməsinə nail olmağa çalışır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurası 15 dekabrda keçirilən fövqəladə iclasında 5+1 qrupu tərəfindən təklif edilmiş qətnamə layihəsini təsdiq edərək, PMD işini bağlı elan etdi.
Bununla da, İran və 5+1 qrupu arasına əldə edilmiş nüvə anlaşmasının icrasına zəmin yaranmış olub.