Fransa Senatının sədri İran prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i201049-fransa_senatının_sədri_İran_prezidenti_ilə_görüşüb
İran İslam Respublikası prezidenti mühüm regional və beynəlxalq məsələlərin həlli üzrə Tehran və Paris arasında daha artıq məsləhətləşmələrin aparılmasına təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2015 13:04 Asia/Baku
  • Fransa Senatının sədri İran prezidenti ilə görüşüb
    Fransa Senatının sədri İran prezidenti ilə görüşüb

İran İslam Respublikası prezidenti mühüm regional və beynəlxalq məsələlərin həlli üzrə Tehran və Paris arasında daha artıq məsləhətləşmələrin aparılmasına təkid edib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani bazar günü Tehranda Fransa senatının sədri Jarer Larşe ilə görüşdə deyib: Bu gün əl-Qaidə və İŞİD kimi terrorçu qruplaşmalar Yaxın Şərqi öv oylaqlarına çevirməyə çalışırlar. Bu isə dünya üçün böyük təhlükə deməkdir.

Ruhani əlavə edib: Təəssüflər olsun ki, bəzi ölkələr terrorçu qruplara silah və təchizat verməklə onları himayə edirlər. Əlbəttə, terrorçuları himayə edən tərəflərin kimliyini müəyyən etmək o qədər də çətin iş deyil.

İran prezidenti terrorizm üzərində qəti qələbənin bütün tərəflərin əməkdaşlığına və yardımlarına ehtiyaclı olduğunu vurğulayıb və deyib: Bəzi ölkələrin öz mənafelərini təmin etmək üçün terrorçu qruplaşmalardan bir vasitə kimi istifadə etmələrinə icazə vermək olmaz.

Ruhani Sutiyada qanuni hökumət, ordu və xalqın əsas qərar verilməsi şərti ilə terrorizm ilə mübarizənin başlıca piroritet olaraq qəbul edilməsini zəruri adlandırıb və deyib: Əgər Suriyanın siyasi quruluşunda islahatların aparılmasına ehtiyac varsa, bu yalnız azad seçkilərin keçirilməsi və Suriya xalqının iradəsi ilə həyata keçirilməlidir.

İran prezidenti həmçinin, nüvə anlaşmasının dünyanın mühüm məsələlərinin müzakirə yolu ilə həll ediləsi olduğunu sübut etdiyini vurğulayıb və deyib: Əgər qarşı tərəf öz öhdəliklərinə sadiq qalarsa, İran da öz öhdəliklərinə əməl edəcək.

Fransa Senatının sədri Jerar Larşe də bu görüşdə deyib: Fransa hökuməti və Parlamenti İran prezidentinin Paris səfərinə xüsusi önəm verir və bu səfərin yaxın gələcəkdə baş tutacağına ümidvardır.