Dek 27, 2015 20:03 Asia/Baku
  • Milli medianın şəhid müdafiəçisinin dəfn mərasimi keçirildi
    Milli medianın şəhid müdafiəçisinin dəfn mərasimi keçirildi

Həzrət Zeynəb(s.ə)-nın birinci müdafiəçi şəhidi, milli medianın nümayəndəsi bəsici Davud Cavanmərdin pak cənazəsinin dəfn mərasimi bu gün səhər Tehranda keçirildi.

Şəhid Cavanmərd bir neçə gecə bundan öncə Suriyanın Hələb məntəqəsində şəhid olub.

İranın Teleradio Təşkilatının işçilərindən olan Davud Cavanmərd Vilayət həriminin müdafiəsində mərmi qəlpələrinin dəyməsi nəticəsində şəhadət dərəcəsinə nail oldu.

Şəhidin ailəsi və İranın Teleradio Təşkilatının işçilərindən bir qrupunun iştirak etdiyi dəfn mərasimində general Radan deyib: İki cəhəti qeyd etməliyəm, birincisi, Davud öz şəhadətilə sübut etdi ki, Teleradio Təşkilatında hələ də məktəbi uşaqlar bu yolu davam etdirirlər və ikincisi, cənab Cavanmərdin möhtərəm ailəsi, onun dostları və silahdaşlarına deməliyəm ki, hərçənd Davud aramızdan getdi, amma əmin olun ki, o, daim yaşayacaq və biz bu yolu davam etdirməliyik.

O, söhbətinin davamında deyib: Davudun dostları və silahdaşları deyirdilər ki, Suriyada o, hamıdan çox şəhadətə həvəsli idi.

Teqlər