İran prezidenti Fransa Senatının rəhbəri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i205756-İran_prezidenti_fransa_senatının_rəhbəri_ilə_görüşüb
İran İslam Respublikası prezidenti Fransa Senatının sədri ilə Parisdə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2016 06:50 Asia/Baku
  • İran prezidenti Fransa Senatının rəhbəri ilə görüşüb
    İran prezidenti Fransa Senatının rəhbəri ilə görüşüb

İran İslam Respublikası prezidenti Fransa Senatının sədri ilə Parisdə görüşüb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Həsən Ruhani çərşənbə gecə Fransaya səfərinin davamında bu ölkə Senatının rəhbəri Jerard Larşe ilə görüşdə Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra yaranan fürsətdən istifadənin vacibliyini vurğulayıb və deyib: Ədalətsiz və qeyri-düzgün sanksiya illərində İran və Fransa xalqları zərər çəkdilər və bu gün səy göstərmək lazımdır ki, geniş və yaxın əlaqələr qurmaqla ötən geridəqalmaların əvəzi çıxılsın.

Ruhani nüvə anlaşmasını çox önəmli və dünyanın siyasi tarixində misilsiz adlandırıb və deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı bir daha diplomatiya və müzakirə qüdrətinin rolunu təsdiqlədi və belə strategiya seçməklə digər önəmli regional və beynəlxalq məsələləri həll etmək olar.

Ruhani ötən noyabrda Parisdəki terror aktlarından təəssüflənərək xatırladıb: Bu terror aktları terrorizmin bütün dünyanı, o cümlədən Avropanın böyük şəhərlərini hədələyən yoluxucu virus və təhlükə olduğunu göstərdi.

Fransa Senatının rəhbəri də bu görüşdə ölkəsinin İranla hərtərəfli əlaqələrin qurulması və gücləndirilməsi üçün iradəyə malik olduğunu vurğulayıb və bildirib: İki ölkə əlaqələrinin qarşısında aydın perspektiv vardır.