Sipras: İran və Yunanıstan bir-biri ilə dərin mdəni bağlara malikdirlər
-
Sipras: İran və Yunanıstan bir-biri ilə dərin mdəni bağlara malikdirlər
Yunanıstanın baş naziri Aleksis Sipras İran İslam Respublikası ilə ölkəsinin tarix boyu dərin mədəni bağlara malik olduqlarını bildirib.
Aleksis Sipras şənbə günü İsfahanda deyib: İran, Yunanıstan və Misir dünyanın ən zəngin mədəniyyətlərini təşkil edirlər.
Sipras həmçinin bildirib: Şərait mövcud bağların daha da möhkəmləndirilməsini tələb edir.
Yunanıstanın baş naziri həmçinin, ölkəsinin hazırkı iqtisadi problemləri barədə də deyib: Yunanıstan böyük bir böhranın mərkəzindədir və minlərlə mühacir Egey dənizində Yunanıstan adalarına doğru üz tutub. Belə bir böhranlı vəziyyətdən xilas olmaq üçün ciddi iradə lazımdır.
Yunanıstanın baş naziri Afinadan birbaşa olaraq İsfahana uçaraq, oradan Tehrana gəlməlidir. Sipras Tehranda İranın yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşəcək. Bu görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi yolları habelə, regional və beynəlxalq məsələlər barədə danışıqlar aparılacaq.