İran və Rusiya müdafiə nazirlərinin məşvərəti
https://azeri.sahartv.ir/news/İran-i208126-İran_və_rusiya_müdafiə_nazirlərinin_məşvərəti
İran və Rusiya müdafiə nazirləri ikitərəfli və regional məsələlər haqda danışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2016 08:55 Asia/Baku
  • İran və Rusiya müdafiə nazirlərinin məşvərəti
    İran və Rusiya müdafiə nazirlərinin məşvərəti

İran və Rusiya müdafiə nazirləri ikitərəfli və regional məsələlər haqda danışıblar.

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Moskvada İranın müdafiə naziri general-mayor pasdar Hüseyn Dehqan ilə görüşdə deyib ki, Rusiya və İran regionda ortaq təhlükə və problemlə üzləşirlər ki, yalnız müştərək şəkildə onlarla mübarizə aparmaq olar.

Şoyqu əlavə edib: 2015-ci ilin yanvarında Tehranda İran ilə Rusiya arasında hərbi həmkarlıqlar haqda razılaşmanın imzalanması iki ölkənin uzunmüddətli hərbi həmkarlıqlarının genişlənməsi üçün hüquqi zəmin yaradıbdır.

General-mayor Dehqan iki ölkəinin müdafiə və hərbi əməkdaşlıqlarının genişlənməsini alqışlayaraq, deyib ki, Moskvada keçiriləcək beşinci beynəlxalq təhlükəsizlik konfransında iştirak etmək niyyətindədir. Qeyd olunan konfrans aprelin 27-si və 28-də təşkil olunacaq.

General-mayor Dehqan həmçinin Rusiya baş nazirinin müavini Dmitri Roqozin ilə görüşdə onunla ikitərəfli, regional və beynəlxalq məsələlər barədə danışıb.

İranın müdafiə naziri Moskvada müxbirlər qarşısında da iki ölkənin müdafə sahəsindəki həmkarlıqlarının qarşılıqlı səylərin nəticəsi olduğunu bildrirərək, İran ilə Rusiya arasında strateji əməkdaşlıqların genişlənməsindən xəbər verərək, deyib: Nəticəyə çatmaq üçün ötən razılaşmaların və Suriya məsələsinin nəzərdən keçirilməsi Rusiyaya səfərdə bu ölkənin rəsmiləri ilə bəhs olunan mehvərllərdəndir.