İran prezidenti: Şəhid ailələrinin iman və fədakarlığı İran xalqının başıucalığına səbəb olur
https://azeri.sahartv.ir/news/İran-i208129-İran_prezidenti_Şəhid_ailələrinin_iman_və_fədakarlığı_İran_xalqının_başıucalığına_səbəb_olur
İran İslam Respublikası prezidenti deyib ki, İran xalqı səhnədə iştirak edərək, İslam İnqilabının dəyərlərini müdafiə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2016 09:34 Asia/Baku
  • İran prezidenti: Şəhid ailələrinin iman və fədakarlığı İran xalqının başıucalığına səbəb olur
    İran prezidenti: Şəhid ailələrinin iman və fədakarlığı İran xalqının başıucalığına səbəb olur

İran İslam Respublikası prezidenti deyib ki, İran xalqı səhnədə iştirak edərək, İslam İnqilabının dəyərlərini müdafiə edir.

IRIB-nin məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü axşam çağı Həsən, Hüseyn və Mehdi Şeyx Şəbaninin ailəsi ilə görüşdə müqəddəs müdafiə dövrünün dəyərli şəhidlərinin ailələrinin iman, səbr və fədakarlıqlarını iftixarlı və İran xalqının başıucalığına səbəb olan amil adlandırıb.

Ruhani şəhid və müharibə fədakarlarının əziz ailələrinin şücaətlərini yüksək dəyərləndirərək, əlavə edib: Şəhidlər İranın gənclərin inqilabı müdafiəsinə ehtiyac duyduğu çətin günlərdə İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında öz fədakarlıqları ilə İran xalqını dünya xalqlarının gzlərində başıuca etdilər.

İran İslam Respublikası prezidenti bildirib ki, bu gün səmərəli inqilab ağacının kökü şəhid ailələrinin fədakarlıqlarıdır. O, deyib: Şəhidlər və fədakar döyüşçülərin ailələrinin imanı, səbri və təvəkkülü onların dəyərliliyini ikiqat artırıbdır.

Ruhani əlavə edib: Bu gün də İran xalqı ölkəni və inqilabı himayə etmək üçün könülllü surətdə səhnəyə gəlir və İslam İnqilabı dəyərləri yolunda fədakarlıq göstərir.