Fev 21, 2016 20:01 Asia/Baku
  • Omanın xarici işlər naziri İran prezidenti ilə görüşüb
    Omanın xarici işlər naziri İran prezidenti ilə görüşüb

İran İslam Respublikası prezidenti deyib: İran və Oman arasındakı iqtisadi və ticarət əlaqələri, iki ölkənin siyasi əlaqələri ilə paralel şəkildə inkişaf etdirilməlidir.

İran prezidenti Həsən Ruhani Tehranda səfərdə olan Omanın xarici işlər naziri Yusif bin Ələvi ilə görüşdə iki ölkənin dostluq və strateji münasibətlərə malik olduğunu bildirib və deyib: İki ölkənin iqtisadiyyat və ticarət sahəsindəki əməkdaşlıqları da siyasət sahəsində olduğu kimi, sanksiyaların ləğv edilməsindən sonrakı dövrdə inkişaf etdirilməlidir.

H.Ruhani əlavə edib: İran-Oman əlaqələri regionda nümunəvi sayılır və Tehran Məsqət ilə ticarət əlaqələrinin genişləndirilməsini müsbət qarşılayır.

İran prezidenti daha sonra Omanın yürütdüyü siyasətləri regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində adlandırıb və bu ölkənin İranın nüvə işi ilə bağlı mövqeyini alqışlayıb.

H.Ruhani enerji sektorunu İran və Oman arasındakı əməkdaşlıq sahələrindən adlandırıb və deyib: İki ölkənin potensiallarını öyrənmək yolu ilə, bu potensiallardan əlaqələrin habelə, İran və Oman xalqlarının rifahının yaxşılaşdırılmsı üçün istifadə edilməlidir.

İran prezidenti daha sonra İran və Omanın özəl sektorunun da dənizçilik, təyyarəçilik, dəmir yolu və bank əməkdaşlıqları sahəsində əməkdaşlıqlara malik ola biləcəklərini bildirib.

Omanın xarici işlər naziri Yusif Bin Ələvi də bu görüşdə deyib: Oman iranlı iş adamlarına özəl güzəştlərin nəzərdə tutulması ilə onların Omanda aktiv iştiraka malik olmasını istəyir.

Omanın xarici işlər naziri həmçinin, Məsqətin Tehran ilə əlaqələrini genişləndirməyə çalışdığını bildirib.

Teqlər