Fev 23, 2016 18:57 Asia/Baku
  • İran neftinin Avropaya satışı üzrə yeni müqavilələr imzalanıb
    İran neftinin Avropaya satışı üzrə yeni müqavilələr imzalanıb

İranın neft nazirinin müavini İran neftinin Avropaya satışı üzrə yeni müqavilələrin imzalanmasından xəbər verib.

İranın neft nazirinin müavini Rokneddin Cəvadi çərşənbə axşamı günü Mehr xəbər agentliyi ilə müsahibədə deyib ki, İran siyasi və təhlükəsizlik baxımından sabitliyə malikdir və bu sabitlik bazarda neftayıranlar, istehlakçılar və müştərilər üçün əminliyin artması ilə nəticələnəcək.

İranın neft nazirinin müavini əlavə edib: Qabiliyyət və müqaviləyə sədaqət bütün neft alcıları üçün mühüm göstəricidir və mütləq bu məsələ sanksiyalar sonrası dövrdə İranın neft bazarına qayıtmasının ikinci məziyyətidir.

İranın neft naziri müavininin sözlərinə görə, Fransanın Total, habelə iki rus və ispan şirkətə İranın dörd milyon barel xam neft satışı müqaviləsi imzalanıb.

İranın neft nazirinin müavini həmçinin deyib: İranın xam neftinin başqa müştərilərə ixracının artması üçün digər yeni müqavilələr də imzalanacaqdır.

Teqlər