İran Ankara terror hadisəsindən təəssüf ifadə edib
-
İran Ankara terror hadisəsindən təəssüf ifadə edib
İranın birinci vitse-prezidenti terrorizmlə mübarizənin kollektiv beynəlxalq hərəkətə ehtiyaclı olduğunu bildirib.
IRNA-nın məlumatına görə, İranın birinci vitse-prezidenti İshaq Cahangiri çərşənbə axşamı günü Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə telefon söhbətində bazar günü gecə Ankarada törədilmiş terror əməliyyatından təəssüflənərək, vurğulayıb ki, terrorizmlə mübarizə kollektiv beynəlxalq hərəkətə ehtiyaclıdır.
Cahangiri əlavə edib: Dünyanın müxtəlif nöqtələrində terror partlayışlarının baş verməsi beynəlxalq sülh və təhlükəsizliyə qarşı terror qruplarının genişlənməkdə olan prosesindən söz açır ki, bu problemlə mübarizə üçün əsaslı tədbirlər görülməlidir.
İranın birinci vitse-prezidenti vurğulayıb ki, İranın dövləti və xalqı Ankrara terror əməliyyatını şiddətlə pisləyir. O, deyib ki, İranın dövləti və xalqı terrorizmlə mübarizədə Türkiyənin dövləti və xalqının kənarında olacaqlar.
Cahangiri deyib: İran və Türkiyənin hər ikisi terrorizmin qurbanıdır və iki ölkənin regional və beynəlxalq səviyyələrdə əməkdaşlıqları terrorizmlə mübarizədə və bu nəhs fenomenin regiondan yığışdırılmasında təsirli ola bilər.
Türkiyənin baş naziri Əhməd Davudoğlu da bu telefon danışığında deyib: Bu çətin günlərdə dost ölkə İranın dövləti və xalqının Türkiyənin kənarında olmasından şadıq.
Türkiyənin baş naziri söyləyib: Bu kimi terror hücumları Türkiyəni PKK ilə mübarizədə seçdiyi mövqeyindən daşındırmayacaq.
Davudoğlu əlavə edib: Terrorizm elə bir məsələdir ki, bütün region ölkələri onunla mübarizədədir, buna görə, bütün ölkələr, xüsusən qonşu ölkələr belə bir şəraitdə vahid şəkildə onunla mübarizə aparmalıdırlar.