Kontr-Admiral Fədəvi: İran Qərb nəzəriyələri ilə idarə olunmayacaq
-
Kontr-Admiral Fədəvi: İran Qərb nəzəriyələri ilə idarə olunmayacaq
Sepah-ın Dəniz Qoşunlarının komandanı deyib ki, Amerika daha Qərbin iqtisadi nəzəriyyələrini İranda işlədə bilməz.
IRNA-nın məlumatına görə, Sepah-ın Dəniz Qoşunlarının komandanı kontr-admiral Əli Fədəvi vurğulayıb: İslami cəmiyyətlər, mənşəyi qərbli alim və iqtisadçılar olan "liberalizm" iqtisadi nəzəriyyələri əsasında öz problemlərini həll edə bilməzlər.
Sepah komandanı əlavə edib: Qərblilər öz özəl mexanizmlərini özləri üçün işləyib hazırlayıblar və islami cəmiyyətlər də öz xüsusi nəzəriyyələri əsasında öz cəmiyyətlərinin problemlərini aradan qaldıracaqlar.
Kontr-Admiral Fədəvi yeni şəmsi ilinin şüarına, yəni, "müqavimət iqtisadiyyatı, addım və əməl" şüarına işarə edərək, deyib: İranda hər bir işdə addım və əməlin bünövrəsi, İslam İnqilabı əsasında olmalıdır və əgər digər meyarlara əsaslanarsa, qəti surətdə kəsərsiz olacaqdır.