İranlı hacıların başçısı qənaətbəxş və ləyaqətli həccin yerinə yetirilməsini vurğulayıb
-
İranlı hacıların başçısı qənaətbəxş və ləyaqətli həccin yerinə yetirilməsini vurğulayıb
Vəliyyi Fəqihin Həcc və Ziyarət məsələləri üzrə nümayəndəsi deyib: İran və Ərəbistanın anlaşması və həmkarlığı əsasında qənaətbəxş və ləyaqətli həccin keçirilməsi İran İslam Respublikasının nəzərdə tutduğu həccdir.
Höccətulislam vəlmuslimin Seyid Əli Qazi Əskər iranlıların həcc mərasimləri barədə medialarada yayılan bəzi fikirlər haqda deyib: Müzakirələr aparılanda və memorandumlar imzalanan zaman iranlıların milli maraqları və başıucalığı nəzərdə tutulur və milli maraqlarla təzadda olan məsələlər əsla qəbul olunmayacaqdır.
Qazi Əskər builki təmətto həcci ilə bağlı səudiyyə tərəfi ilə müzakirə haqda əlavə edib: İran İslam Respublikasının göndərdiyi heyət bu müzakirələrdə mütləq İslam ümmətiin birliyinin güclənməsinə kömək edəcək iranlıların həcc mərasimində iştirakı barədə quruluşun siyasətləri çərçivəsində addımlar atacaqdır.
İranın Həcc və Ziyarət Təşkilatından olan bir heyət Ərəbistanın həcc nazirinin rəsmi dəvətilə builki təmətto həcci barədə müzakirə üçün Ərəbistana yola düşbüdür.
İran və Ərəbistan hər il qəməri tarixlə rəbiuləvvəl ayında həcc zəvvarlarının vəziyyətlərini aydınlaşdırırlar, amma Ərəbistan tərəfindən siyasi əlaqələrin birtərəfli şəkildə kəsilməsi iki ölkənin həcc müzakirələrini də öz təsiri altına alıbdır.