Apr 15, 2016 12:55 Asia/Baku
  • İran neft-kimya məhsullarının Almaniya və İtaliyaya satışına hazırlaşır
    İran neft-kimya məhsullarının Almaniya və İtaliyaya satışına hazırlaşır

Almaniya və İtaliya şirkətləri İranın neft-kimya məhsullarını almaq niyyətindədirlər.

İRNA-nın məlumatına görə, İranın neft-kimyə sənayesi rəsmilərindən olan Məcid Batin deyib: İranın neft-kimya sənayesi məhsullarının ixracatı üzrə Almaniya və İtaliyanın 3 şirkəti ilə müzakirələr aparılıb və qərara alınıb ki, Almaniyanın DHB şirkəti ildə İrandan 200000 ton neft-kimya məhsulların alsın.

M.Batin həmçinin, İranın bəzi neft-kimya şirkətləri ilə Almaniyanın Linde və Zimens şirkətləri arasında müzakirələrin aparılmasından xəbər verib.

Onun dediyinə görə, Tehranda keçirilən "İran Plast" sərgisinin kənarında baş tutan bu müzakirələrdə İranın neft-kimya sənayesinə lazım olan avadanlıqların satışı barədə danışıqlar aparılıb.

10-cu beynəlxalq "İran Plast" sərbisi 13-17 aprel tarixlərində Tehranda keçirilir.

Teqlər