May 04, 2016 10:23 Asia/Baku
  • Sepah Amerikaya xəbərdarlıq etdi
    Sepah Amerikaya xəbərdarlıq etdi

İran islam inqilabının keşikçilər korpusunun baş komandan əvəzedicisi deyib: Amerika İranı hədələmək istəyərsə İran İslam Respublikası Hormoz boğazında ABŞ gəmilərinin gediş-gəlişinə imkan verməyəcək.

General mayor Hüseyn Dehqan dünən İranın birinci kanalında xəbərlərin saat 21 buraxılışına verdiyi müsahibədə deyib: Dənizlərin 1982-ci il konvensiyasına əsasən Amerika və onun regiondakı ortaqları Hormoz boğazından istifadə edərək İranı hədələmək istəsələr, İran onların heç bir gəmisinə Hormoz boğazından keçmək icazəsi verməyəcək

General Səlami deyib: Dənizlər üzrə 1982-ci il konvensiyasına əsasən Hormoz boğazından ziyanlı keçiş baş verərsə İran İslam Respublikası onun qarşısını ala bilər.

İran islam inqilabının keşikçilər korpusunun baş komandan əvəzedicisi deyib: Sepah İİR düşmənlərinə xüsusilə də Amerikaya xəbərdarlıq edir ki, keçmişdəki səhvlərini təkrarlamasınlar və tarixdən ibrət alsınlar.

General Səlami deyib: İslam inqilabı keşikçilər korpusu, İran ordusu kimi illik hərbi təlim cədvəlinə malikdir ancaq siyasi durumlar və regional hadisələrə uyğun olaraq İranın önləyici gücünü nümayiş etdirmək məqsədi ilə hərbi təlimləri öncədən planlaşdırılmamış şəkildə də həyata keçirə bilər.

İran islam inqilabının keşikçilər korpusunun baş komandan əvəzedicisi deyib: Ayrı-ayrı hava, dəniz və quru təlimlərin keçirilməsi İranın qanuni haqqıdır və buna görə də İran özünün müdafiə fəaliyyətləri və önləyici hərbi təlimlərinə qarşı hər hansı gücün qərar qəbul etməsinə icazə verməyəcək.

Teqlər