İranın neft-kimya məhsullarının ixracat həcmi artır
https://azeri.sahartv.ir/news/İran-i217522-İranın_neft_kimya_məhsullarının_ixracat_həcmi_artır
İranın neft nazirinin müavini İranın neft-kimya məhsullarının ixracat həcminin 26% artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2016 12:06 Asia/Baku
  • İranın neft-kimya məhsullarının ixracat həcmi artır
    İranın neft-kimya məhsullarının ixracat həcmi artır

İranın neft nazirinin müavini İranın neft-kimya məhsullarının ixracat həcminin 26% artmasından xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Mərziyə Şahdani bazar günü Tehranda 21-ci beynəlxalq neft sənayesi sərgisinin kənarında, mətbuat konfrasında deyib: sanksiyaların ləğv edilməsindən sonra İranın neft-kimya məhsullarının dünya bazarına ixracatı sadələşdirilib. bununla da İranın neft-kimya məhsulları ixracatı 26% artıb.

İranın neft-kimya sənayesi milli şirkətinin icraçı direktoru əlavə edib: Sanksiyaların ləğv edilməsindən sonra İranın neft-kimya məhsulları dünyanın bütün bazarlarına o cümlədən Avropa və Amerikaya ixrac edilir.

Ötən cümə axşamı Tehranda işə başlayan 21-ci beynəlxalq neft sərgisi cümə günü başa çatıb.