May 09, 2016 13:23 Asia/Baku
  • İran neft sərgisi
    İran neft sərgisi

İranda neft sənayesinin milliləşməsindən təxminən 65 il ötür. Öz ayağı üstə durmaq istəyən sənaye ehtiyac duyduğu avadanlıqların təmin olunmasında sanksiya kütlələrinin dalğalarına tuş gəldi. Lakin yerliləşdirmə məqsədi qoyuldu və daxili istehsal düşünüldü.

Neft sənayesi üzrə istehsalçı bildirir ki, neft quyusu daxilindəki boruları artıq 10 ildir ki, özümüz istehsal edirik.

Digər istehsalçı isə bildirib: Təxminən 10 ölkəyə öz məhsullarımızı ixrac edə bilmişik. İki ölkəyə də öz texnologiyamızı ixrac etmişik.

Neft istehsalı üzrə digər bir istehsalçının sözlərinə görə, Neft Nazirliyinin on ədəd avadanlığından xüsusi pompaların istehsalı bizə tapşırılıb. İranda istehsal olunan bütün pompalar 100% yerli istehsaldır.

Digər bir istehsal şirkətinin nümayəndəsi söyləyib: Biz Yaxın Şərqdə motor və sənaye yağlarının ən böyük istehsalçısıyıq. Yarım əsrə yaxındır fəaliyyət göstəririk. Əsas istehsalçı şirkətlərdən 50-dən çox lisenziya almışıq.

2014-cü ildən neft sənayesinin daha çox istifadə olunan vasitələrinin təmin olunmasında özünü təminə doğru yeni addımlar atıldı. Artıq ölkədə yedəklər, avadanlıqlar, neft, qaz və neft-kimya sistemlərinin istehsalında 3000-dən çox özəl şirkət fəaliyyət göstərir. Bu səylərin nəticəsini 21-ci Tehran Neft, Qaz və Neft-Kimya sərgisində müşahidə etmək olar.

İranın vitse-prezidenti də Neft, Qaz və Neft-Kimya sərgisi ilə yaxından tanış olub. Yeni neft müqavilələrinə münasibət bildirən prezident müavini bu müqavilələrin bilik, texnologiyanın nəqli, mühəndislik və istehsal avadanlıqlarından istifadəni diqqət mərkəzində saxladığını qeyd edib.

Milli layihələrin icrasının İran və region üçün sıçrayış olduğunu bildirən İranın neft naziri təkcə daxili ehtiyac deyil, regiona da məhsul ixracatının mümkünlüyünü qeyd edib: Mən həmişə demişəm, neft sənayesinin əsas və çox istifadə olunan vasitələri daxildə istehsal olunmalıdır. Sıralamaya əsasən bizim ehtiyac duyduğumuz 10 önəmli vasitə vardı.

İdxalata ehtiyacın duyulmaması iranlı sənayeçilər və mütəxəssislərə etimadın nəticəsidir. Onlar çox istifadə olunan məhsulların təmini və özünü təmin üçün dəqiq hesablamalar aparmışlar. Əsas məhsulların istehsal dövriyyəsinin təkmilləşməsi ilə İranın beynəxalq inhisarçı istehsalçılara asılılığı azalmış və valyutanın ölkədən çıxmasının qarşısı alınmışdır.

Teqlər