May 11, 2016 20:09 Asia/Baku
  • 33-cü Beynəlxalq Quran Müsabiqəsi Tehranda start götürdü
    33-cü Beynəlxalq Quran Müsabiqəsi Tehranda start götürdü

33-cü Beynəlxalq Quran Müsabiqəsi bu gün Tehranda start götürüb.

İRİB-nin verdiyi məlumata görə, 33-cü Beynəlxalq Quran Müsabiqəsi İran İslam Şurası Məclisinin sədri Əli Laricani və 75 ölkədənə gəlmiş qonaqların iştirakı ilə İmam Xomeyni(r.ə) müsəllasında başlanıb.

Mayın 17-nə kimi davam edəcək müsabiqədə 130 nəfər iştirak edir. Onların 57-si hafizlik, 57-si qiraət və 16-sı aydın qəlbli hafiz bölməsində rəqabət aparacaq.

Yarışda Afrika qitəsindən 32, Asiya qitəsindən 23, Amerika qitəsindən 2, Okeaniyadan isə 1 ölkə iştirak edir.

Teqlər