Əli Əsgəri İranın Radio və Televiziya Təşkilatının yeni sədri oldu
https://azeri.sahartv.ir/news/İran-i217846-Əli_Əsgəri_İranın_radio_və_televiziya_təşkilatının_yeni_sədri_oldu
İslam İnqilabının Böyük Rəhbərinin sərəncamı ilə Əli Əsgəri İranın Radio və Televiziya Təşkilatının yeni sədri oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2016 15:40 Asia/Baku
  • Əli Əsgəri İranın Radio və Televiziya Təşkilatının yeni sədri oldu
    Əli Əsgəri İranın Radio və Televiziya Təşkilatının yeni sədri oldu

İslam İnqilabının Böyük Rəhbərinin sərəncamı ilə Əli Əsgəri İranın Radio və Televiziya Təşkilatının yeni sədri oldu.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullühülüzma Xamenei çərşənbə günü Məhəmməd Sərəfrazın istefasını qəbul edərək, Əbdüləli Əli Əsgərini Radio və Televiziya Təşkilatının yeni sədri təyin ediblər.

İnqilab Rəhbəri Əli Əsgərinin İranın Radio və Televiziya Təşkilatının yeni sədri təyin edilməsi ilə bağlı sərəncamında proqramlaşdırmalar və makro strategiyalara əməl etmək üçün inqilabçı və bacarıqlı kadırlardan istifadənin edilməsinə habelə, virtual aləmdə aktiv iştiraka təkid ediblər.

İnqilab Rəhbəri həmçinin Məhəmməd Sərəfrazı Virtual Aləm Ali Şurasının üzvü təyin ediblər.

Sərəfraz İranın Radio və Televiziya Təşkilatına sədr təyin edilməzdən öncə Virtual Aləm Ali Şurasının həqiqi üzvü idi.