Firuzabadi: Amerika Suriyada savaşın davam etməsi ardıncadır
-
Firuzabadi: Amerika Suriyada savaşın davam etməsi ardıncadır
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, Amerika bu ölkənin prezident seçkilərinə təsir göstərmək üçün Suriyada savaşın davam etməsi ardıncadır.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Seyid Həsən Firuzabadi cümə axşamı günü bir çıxışda Amerikanın prezident seçkiləri hədəflərinə çatmaq üçün Suriyada terrorçuların hərəkətlərindən mənşə alan şəraitdən istifadə və region olaylarını idarə etməkdən üzrə səyinə toxunaraq, deyib: Amerika bu ölkənin qarşıdakı prezident seçkilərinə təsir göstərmək üçün Suriyada terrorçuların cinayətləri və savaşın davam etməsini istəyir.
General-leytenant Firuzabadi əlavə edib: Amerikanın hakim dairələri və bu ölkənin hazırkı prezidenti partiya qələbəsini terrorçuları himayə və Suriyanın günahsız və məzlum xalqının qanını tökmək hesabına əldə etmək istəyirlər və Suriya prezidenti Bəşşar Əsədin kənara qoyulması üzrə təzyiq də məhz elə buna görədir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, Amerika xalqı bu ölkəyə hakim kəsilmiş dövlətə seçki səslərinə təsir göstərmək üçün cinayət törətmək icazəsi verməməlidir. O, sonra deyib: Beş il terrorizmi himayə, Suriyada qan axıdılması və İŞİD-in yaranması və genişlənməsinə meydan vermək bu ölkə xalqını təslim olmağa vadar edə bilməyibdir.
General-leytenant Firuzabadi amerikalıların qarşıdakı bir ildə də öz hədəflərini reallaşdıra bilməyəcəklərini vurğulayaraq, əlavə edib: Amerikanın röyası və arzusunun əksinə olaraq, Bəşşar Əsəd qalacaq və Suriya xalqının qələbəsilə üzüqaralıq militaristlərə qalacaqdır.