Səid Ohədi: Ərəbistan anlaşma sənədinin imzalanmasına mane oldu
-
Səid Ohədi
İranın Həcc və Ziyarət Təşkilatının sədri Ərəbistanın vaxt uzatmaqla anlaşma sənədinin imzalanmasına mane olduğunu bildirib.
İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Ohədi İran və Ərəbistan heyətləri arasında həcc məsələləri barəsində aparılan 2 dövr danışıqlara işarə edərək, deyib: Ərəbistan müzakirələr prosesində həcc mərasimi ilə bağlı anlaşma sənədində 11 məhdudlaşdırıcı tədbir qeyd etmişdi ki, ötən illərdə bu məhdudiyyətlər mövcud olmamışdır.
Səid Ohədi əlavə edib: Həcc nazirinə və müzakirə heyətinə bildirdik ki, ötən il Həcc tarixində misli görünməmiş faciənin baş verdiyini və 7000 zəvvarın şəhid olduğunu xatırlatdıq. Onlar, həcc mərasiminin idarə edilməsində təşkilatçı tərəfin məsuliyyətsizliyi, bacarıqsızlığı və qüsurlu davranışının qurbanı olmuşdular. Amma, təəssüflər olsun ki, Ərəbistan tərəfi bu faciəyə görə heç bir məsuliyyət qəbul etmədi.
Ohədi əlavə edib: Ərəbistan tərəfinin diqqətinə çatdırdıq ki, anlaşma sənədində qeyd olunan 11 məhdudiyyət heç bir vəchlə qəbul ediləsi deyil.
İranın Həcc və Ziyarət Təşkilatının sədri bu məhdudiyyətlər haqda da dedi: " Onlar bizim zəvvarlarımızın İran İslam Respublikasının təyyarələrindən istifadə etməsinə və İranın daxilində viza almasına məhdudiyyət tətbiq etməklə yanaşı, daha 9 məhdudiyyət tətbiq ediblər.
Ohədi əlavə edib: Bz də öz təkliflərimizi və tələblərimizi Ərəbistan tərəfinin diqqətinə çatdırdıq və ötən ilki faciənin bir daha şahidi olmaq istəmədiyimizi dedik.
"Müzakirələrdə qərara alındı ki, iranlı zəvvarlara qarşı tətbiq edilən 11 məhdudlaşdırıcı şərt ləğv edilsin. Onların yerinə bizim təkliflərimiz diqqətə alınsın. Amma, təəssüflər olsun ki, bu belə olmadı." - deyə Ohədi qeyd etdi.
İranda dini elmlər mədrəsələrinin müdiri Ayətullah Seyid Haşem Hüseyni Buşehri saxladığı telefon əlaqəsində böyük təqlid mərcələrinin Alla Evi zəvvarlarının izzəti və kəramətinin qorunması ilə bağlı baxışlarını açıqladı.
Ayətullah Hüseyni Buşehri Ərəbistanın iranlı zəvvarlar üçün maneə yaratdığını deyərək, fiqhi və şəri baxımdan hətta, həcc ziyarətinə getməsi vacib olan şəxs belə, mərasimə ev sahibliyi edən tərəfin yolu həmin şəxsin üzünə bağlaması üzündən həcc mərasimində iştirak edə bilməzsə, bu baxımdan heç bir nigaranlıq mövcud deyil. Baxmayaraq ki, böyük bir feyzdən məhrum olmuş olacaqlar.
İran İslam Respublikası prezidentinin hüquq məsələləri üzrə müavini də Ərəbistanın Mina faciəsi qarşısında daşıdığı məsuliyyət barədə deyib: Beynəlxalq qanun pozuntusuna yol verən bir ölkə, bu qanun pozuntusunun günahsız insanların ölümünə yol açdığı təqdirdə, qanun pozuntusuna yol vermiş ölkə kompensasiya ödəməli və günahkar tərəflər cəzalandırılmalıdırlar.
İlham Əminzadə əlavə edib: Təəssüflər olsun ki, Ərəbistan müqəssir olduğu halda indiyə kimi kompensasiya ödəmək, üzr istəmək və müqəssirləri cəzalandırmaqdan çəkinib. Hətta, növbəti həcc mərasimləri üçün də heç bir zəmanət vermir.