İran bu ilki həcc mərasimində iştirak etməyəcək
https://azeri.sahartv.ir/news/İran-i219685-İran_bu_ilki_həcc_mərasimində_iştirak_etməyəcək
İranın Həcc və Ziyarət təşkilatı bir bəyanat yayaraq, rəsmən 2016-cı il üçün həccə mərasiminin ləğv edilməsindən xəbər verib. İranın Həcc və Ziyarət Təşkilatı Ali-Səud rejiminin destruktiv addımlarının iranlıların bu ilki həcc mərasimində iştirakdan məhrum olmalarına səbəb olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2016 08:24 Asia/Baku
  • 
İran bu ilki həcc mərasimində iştirak etməyəcək
    İran bu ilki həcc mərasimində iştirak etməyəcək

İranın Həcc və Ziyarət təşkilatı bir bəyanat yayaraq, rəsmən 2016-cı il üçün həccə mərasiminin ləğv edilməsindən xəbər verib. İranın Həcc və Ziyarət Təşkilatı Ali-Səud rejiminin destruktiv addımlarının iranlıların bu ilki həcc mərasimində iştirakdan məhrum olmalarına səbəb olduğunu bildirib.

İranın Həcc və Ziyarət Təşkilatı bazar günü bir bəyanat yayaraq, bildirib ki, Ərəbistan öz mediaları vasitəsi ilə apardığı təbliğatlara rəğmən, həcc məsələsini siyasi məsələlər ilə əlaqələndirib. Elə buna əsasən İran ilə imzaladığı hər ilki anlaşma sənədinin mətnini dəyişib.

Bəyanatda həmçinin deyilir: Ali-Səud həcc məsələsindən siyasi məqsədlər üçün faydalanaraq, iranlıların həcc mərasimində iştirak üzrə qanuni və təbii haqqı ilə müxalifət edir.

İranın Həcc və Ziyarət Təşkilatı həmçinin bildirib ki, Ərəbistan dövlətinin davamlı olaraq pozuculuq törətməsinə görə, İran İslam Respublikası bu ilki həcc mərasimində iştirakdan məhrum olub və buna görə məsuliyyət daşıyan tərəf Ərəbistan dövlətidir.

İran İslam Respublikasının mədəniyyət və İslam irşadı naziri Əli Cənnəti də bu barədə deyib: Ərəbistan rəsmiləri İranın tələblərini cavablandırmaq üçün son olaraq bu günə kimi fürsətə malik idilər. Amma, Ərəbistan rəsmilərinin iranlı müzakirə heyəti ilə olan 2 dövr danışıqlardakı rəftarını nəzərə alaraq, praktiki olaraq həcc mərasiminin yerinə yetirilməsi mümkün olmayacaq.

İranlı zəvvarların izzəti və hörmətinin qorunması, onların təhlükəsizliyinin təmin edilməsi, iranlı zəvvarlara konsulluq xidmətinin göstərilməsi şəraitinin yaradılması, iranlı zəvvarlara ölkə daxilində vizanın verilməsi İranın Ərəbistan ilə müzakirələrdə təkid etdiyi məsələlər olub.

Ötən il həcc mərasimi zamanı, Qurban bayramı günündə Mina dağında baş verən faciədə 464 iranlı zəvvar daxil olmqla minlərlə zəvvar həlak olmuşdu. Bu faciəyə Ali-Səud başçılarının bacarıqsızlığı və məsuliyyətsizliyi səbəb olmuşdu.