İranlılar Ərəbistanın hərəkətindən qəzəblidirlər
https://azeri.sahartv.ir/news/İran-i220348-İranlılar_Ərəbistanın_hərəkətindən_qəzəblidirlər
Ötən il vacib Həcc mərasimindəki hadisələr, Ciddə aeroportundakı hadisələr, qaldırıcı kranın aşması, 7 min zəvvarın Minada həlak olması son illər ərzində Həcc mərasiminin keçirilməsində səudiyyəlilərin yetərsizliyini aydın şəkildə nümayiş etdirir. Ali-Səudun Allah Evi zəvvarlarını qətlə yetirməkdə qara keçmişi vardır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2016 12:24 Asia/Baku
  • İranlılar Ərəbistanın hərəkətindən qəzəblidirlər
    İranlılar Ərəbistanın hərəkətindən qəzəblidirlər

Ötən il vacib Həcc mərasimindəki hadisələr, Ciddə aeroportundakı hadisələr, qaldırıcı kranın aşması, 7 min zəvvarın Minada həlak olması son illər ərzində Həcc mərasiminin keçirilməsində səudiyyəlilərin yetərsizliyini aydın şəkildə nümayiş etdirir. Ali-Səudun Allah Evi zəvvarlarını qətlə yetirməkdə qara keçmişi vardır.

Ərəbistanın təxribatçı hərəkətləri ilə yanaşı qeyd edək ki, dünyanın bir çox ölkəsi Həcc mərasimi ilə əlaqədar Ər-Riyad rejiminin yanlış idarəçiliyini tənqid atəşinə tutub.

Hər halda bəlli olan budur ki, iranlı zəvvarlar builki həcc mərasiminə ezam olunmayacaq. Çünki Səudiyyə Ərəbistanı hökuməti Ər-Riyad və Tehran arasında həcc anlaşmasına ötən illərdə olmayan 11 mənfi bəndi əlavə edib.

İranın Həcc və Ziyarət Təşkilatının sədri də "Biz anlaşma imzalamaq üçün Ərəbistana getmişdik" deyərək əlavə edib: Bu ölkə hökuməti İranla diplomatik əlaqələrini dayandırıb. Ərəbistan iranlı zəvvarları qəbul etməmək üçün ciddi iradə göstərir və istəyirdi ki, zamanı gecikdirməklə iranlıların Həcc mərasiminə mane olsun.

Bununla əlaqədar bir İran vətəndaşı bildirib: Mən özüm 12 il öncə Məkkəyə getmişəm. Amma indi görürəm ki, Ali-Səud iranlıların izzəti, həyası və təhlükəsizliyini yaralamaq istəyir. Ali-Səud builki iranlı zəvvarlara qandal vurmaq və elektronik izləyici bağlamaq istəyirdi. Doğrudan da narahat oldum.

Digər bir iranlı bu barədə deyib: Biz hələ Mina faciəsini unutmamışıq. Ali-Səudun məsuliyyətsizliyi bağışlanmaz idi. Şübhəsiz hər bir müsəlmanın arzusudur ki, Allah Evini ziyarət etsin. Amma Ali-Səud iranlı zəvvarların izzəti, təhlükəsizliyi və hörmətini tapdaladığı zaman, həcc vacib deyil.

Amma gənc iranlı bütün bu siyasi davranışları Ali-Səudun təxribatçılığı hesab edib və onun kökünü vəhhabilik adlandırıb.

İran vətəndaşı bildirib: Ali-Səudun təxribatçılıqda uzun keçmişi vardır. Bunun kökü vəhhabilikdir. Vəhhabilik İslami İran və şiəyə qarşıdır. Aydındır ki, Allah Evini vəhhabiliyin inhisarında saxlamağa və əhalisinin əksəriyyətini şiələr təşkil edən İranı Allah Evindən uzaq saxlamağa çalışırlar.

Digər bir İran vətəndaşı deyib: Fikrimcə, Ərəbistanın bu pis hərəkəti acınacaqlı şəkildə şəhid olan zəvvarlarımıza hörmətsizlik idi. Hamısı Ərəbistanın məsuliyyətsizliyi idi.

Digər bir iranlı deyir: İmam Xomeyni buyurub ki, biz Səddamdan keçsək də, Ali-Səuddan keçmərik. Artıq vaxtı çatıb ki, Ali-Səuda dərsini verək. Bu Ali-Səud deyil, Ali-Yəhuddur. Bütün bunlar İsrail və Amerikanın istiqamətində hərəkət edirlər. Həccin də baş tutmadığı hazırkı zaman, Ali-Səudu da Ali-Yəhud kimi həyat səhnəsindən silmək üçün fürsətli qənimətdir.