Ədliyyə naziri: İran beynəlxalq dairələrdə Ərəbistan əleyhinə cinayət işi qaldırır
-
Mustafa Purməhəmmədi
İranın ədliyyə naziri deyib: Mina faciəsi ilə əlaqədar şikayət ərizəsi beynəlxalq dairələrdə izlənilir və bu xüsusda Ərəbistan əleyhinə cinayət işi açılmış olacaq.
İRİB-nin verdiyi məlumata görə, Mustafa Purməhəmmədi deyib: Mina faciəsi işinin izlənilməsi davam edir və bu işlə bağlı şikayət ərizəsinin beynəlxalq dariələrə ötürülməsi yolları araşdırılır.
Purməhəmmədi əlavə edib: Hüquqi qiymətin verilməsi davam edir və işin əsas hissəsi diplomatik orqanlar tərəfindən həyata keçirilməlidir və Məhkəmə Hakimiyyəti də bu prosesin sürətləndirilməsinə kömək edir.
İranın ədliyyə naziri həmçinin deyib: Ərəbistan dövləti beynəlxalq hüquq sisteminə sadiq deyil və bu ölkə məhkəmələri də müstəqilliyə malik deyillər. Buna görə də Mina faciəsi işinin araşdırılması yolunda böyük maneələr var.
Ötən il 464 iranlı zəvvar daxil olmaqla minlərlə zəvvar həcc mərasimində, Minada baş verən faciədə həyatını itirdi.