Ruhani güləş yığmasını təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i221179-ruhani_güləş_yığmasını_təbrik_edib
İran İslam Respublikası Prezidenti İranın sərbəst güləş üzrə milli yığmasının Amerikada keçirilən 2016-cı il dünya çümpionatının birinciliyini qazandığı münasibəti ilə təbrik müraciəti yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2016 14:05 Asia/Baku
  • İran İslam Respublikası Prezidenti
    İran İslam Respublikası Prezidenti

İran İslam Respublikası Prezidenti İranın sərbəst güləş üzrə milli yığmasının Amerikada keçirilən 2016-cı il dünya çümpionatının birinciliyini qazandığı münasibəti ilə təbrik müraciəti yayıb.

İRİB-nin verdiyi məlumata görə, Prezident Ruhaninin təbrik müraciətində deyilir: İranın sərbəst güləş üzrə yığma komandası Amerikada keçirilən 2016-ci il dünya çempionatında bütün rəqiblərinə qalib gələrək İslami İranın bayrağını bütün dünyanın gözü önündə ucaltdılar və İran xalqını sevindirdilər.

Bu yarışlardakı qələbə ilə İran yığması bu ardıcıl olaraq 5-ci dəfədir ki dünya çempionu adını qazanır.

İranın sərbəst güləş üzrə yığma komandası Tehran-1996, Sari-2006, Bakı-2013, Tehran-2013, Los Angles-2014-2015 yarışlarında çempion adını qazanmışdır. Bu müddətdə 11 dəfə də dünya üzrə ikinci yeri tutmuşdur.