Dırnaqarası "Ceyşül-Ədl" terrorçu qrupun 5 üzvü məhv edilib
İyun 13, 2016 19:09 Asia/Baku
-
Dırnaqarası "Ceyşül-Ədl" terrorçu qrupun 5 üzvü məhv edilib
İranın nizam-intizam qüvvələrinin sözçüsü Xaş bölgəsində polis ilə qarşıdurmalarda dırnaqarası "Ceyşül-Ədl" terror qrupunun 5 üzvünün öldürüldüyünü bildirib.
General Səid Müntəzir Əl-Məhdi deyib: Sistan və Bəluçestan vilayətinin Xaş bölgəsində polis ilə dırnaqarası Ceyşül-Ədl terrorçu qrupu arasında baş verən toqquşmalarda bu qruplaşmanın 5 üzvü məhv edilib.
Polis sözçüsü deyib: Ölkənin mərkəzində terrorçu əməliyyat həyata keçirməyi planlaşdıran bu qruplaşmanın üzvlərindən partlayıcı maddələr aşkar edilib.
Bu məlumata görə hələ də davam edən əməliyyatda İranın polis qüvvələrinin bir əsgəri şəhid olub.