Övhədi: Ərəbistan öz məğlubiyyətlərinin əvəzini Həcclə hesablaşdı
-
Səid Övhədi
İranın Həcc və Ziyarət Təşkilatının sədri deyib: Səudiyyəlilər digər cəbhələrdəki məğlubiyyəti Həcc mərasimi ilə ödədi və iranlı zəvvarlara Həccdə iştirak icazəsi vermədilər.
İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Övhədi bildirib: Səudiyyəlilər son anda 700 nəfərin həlak olduğunu elan etmişdilər. Hətta Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin 4370 nəfərlik statistikasını ləğv etdilər.
Səid Övhədi xatırladıb: İslam İnqilabının Böyük Rəhbərinin Mina faciəsi barəsində qətiyyətli mövqeyindən sonra İran bütün həlak olanların cənazəsini ölkəyə nəql edə bilən yeganə ölkə idi.
İranın Həcc və Ziyarət Təşkilatının sədri əlavə edib: Digər islam ölkələri hələ də həlak olanlarının vəziyyətinin müəyyənləşməsi ardıncadır və digər ölkələrin həlak olanlarının 80%-nin vəziyyəti hələ də müəyyənləşməyib.
İranın Həcc və Ziyarət Təşkilatının sədri deyib: Ərəbistanda Mina faciəsi üçün ucalan yeganə səs İran İslam Respublikasının səsi idi və elə buna görə, Ərəbistan iranlı zəvvarların Həccdə iştirakına mane oldu.