İranın şimal-qərbində iki terror qrupu tamamilə məhv edildi
-
General Məhəmməd Pakpur
İranın Sepahın Quru Qoşunları ölkənin şimal-qərbində 2 terror qrupunun tam məhv edildiyini və 12 terrorçunun öldürüldüyünü bildirib.
Həmzə Seyidüş-Şühəda Qəragahı döyüşçülərinin ölkənin şimal-qərbində əks-inqilabçı iki terror qrupu ilə toqquşmasına dair İslam İnqilabı Keşikçilər Koprusu Sepahın Quru Qoşunları komandanı general Məhəmməd Pakpurun məlumat verməsindən sonra, Sepah bir məlumatda bildirib: Ötən gün əks-inqilabçı iki terror qrupu ölkənin daxilində de-stabillik yaratmaq üçün Uşnuyə sərhəd keçidində gərginlik yaradıb. Həmzə Seyyidüş-Şühəda Qərargahı döyüşçüləri dəqiq informasiya ilə onları müəyyənləşdirib və keçirilən əməliyyat tədbirləri nəticəsində bu iki qrup məhv edilib və 12 terrorçu öldürülüb.
Bu məlumatda əlavə olunur: Bu əməliyyat zamanı terrorçuların çoxlu miqdarda silah-sursatı, təchizatı və sənədləri islam döyüşçüləri tərəfindən götürülüb.