Tehranda və sair ostanlarda bombaqoyma zərərsizləşdirilib
-
Tehranda bombaqoyma zərərsizləşdirilib
İranın Təhlükəsizlik Nazirliyi bir məlumatda bildirib: Konkret olaraq, qarşıdakı münasibətlər üçün ölkə daxilindəki çoxlu sayda məntəqədə silsilə bombaqoyma zərərsizləşdirilib və terrorçular həbs olunublar.
İranın Təhlükəsizlik Nazirliyi təkfirçi terroçuların Tehrandakı şeytani hərəkətlərinin zərərsizləşdirilməsi haqda belə bir məlumat yayıb:
Oruc xalqın duaları və Allah-Taalanın köməyilə Həzrət Xədiceyi-Kübra(s.ə)-ya aid günlərdə təkfirçi-vəhhabi qrupların ən böyük terror fitnələrindən biri aşkarlanaraq, zərərsizləşdirilib.
Anti-İslam təkfirçi-terrorçu qruplaşmanın cinayətkar planında konkret olaraq, qarşıdakı münasibətlər üçün ölkə daxilindəki çoxlu sayda məntəqədə silsilə bombaqoyma hazırlanmışdı ki, təvəkkül və İmam Zaman(əc)-ın naməlum əsgərlərinin fədakarlıqları ilə Tehran və bir neçə digər ostanda təkfirçi terrorçuların şeytani hərəkətləri zərərsizləşdirilib və terrorçular həbs olunublar. Eyni zamanda, böyük miqdarda partlayış xammalı və partlayışa hazır bombalar aşkarlanaraq, müsadirə olunub.
Ölkə daxili və xaricində yerli təhqiqatların və terrorçuların istintaq edilmələrinin davam etməsinə əsasən, təkmilləşdirilmiş informasiya mühafizə şəraiti hazır olan kimi İranın şərəfli xalqının nəzərinə çatdırılacaq.
İmam Zaman(əc)-ın naməlum əsgərləri yolun davam etdirilməsi üçün oruc xalqın xüsusən Qədr gecələrində dualarına son dərəcə ehtiyaclıdırlar.