Tehranda təkfirçi terrorçuların həbs olunması haqda sənədli təsvirlər
-
Seyid Mahmud Ələvi
Terrorçuların İran üçün planlaşdırdıqları əməliyyat izdihamlı mərkəzlərdə partlayış hədəfilə bomba qoyma, uzaq məsafədən partlayış, intihar əməliyyatı, iri həcmdə partlayıcı maddəni daşıyan avtomobilin partladılması olub, lakin Təhlükəsizlik Nazirliyinin sayıqlığı ilə nakam qalıbdır. Tehranda təkfirçi terrorçuların həbs olunması haqda sənədli təsvirlər yayılıb.
Höccətülislam vəlmüslimin Seyid Mahmud Ələvi dünən deyib: Terrorçuların həbsi ilə bağlı silsilə əməliyyatlar iyunun 14-dən başlanıb və sonuncu təhlükəsizlik zərbələri iyunun 20-də bu qrupa vurulub və on təkfirçi terrorçu Tehranda və İranın üç sərhəd və mərkəzi vilayətində həbs olunub və hazırda terrorçuların istintaqı və ölkənin daxili və xaricində kəşfiyyat və əməliyyat izləmələri davam edir.
İranın təhlükəsizlik naziri sonra deyib: Terrorçular əlli partlayış hədəfini müəyyənləşdirmişdilər və bəzi hədəflərin partlayıcı maddələrini hazırlamış və bir başqalarını da almaq və hazırlmaqda imişlər.
Ələvi bildirib ki, indiyədək təqribən 100 kiloqram partlayışa hazır maddə və onun öncədən hazırlanan tərkibləri aşkarlanaraq, müsadirə olunub. O, əlavə edib: Mürəkkəb və gizli kəşfiyyat hərəkətləri ilə bu maddələrdən iki tonunun terrorçulara təhvil verilməsinin qarşısı alınıbdır.
İranın təhlükəsizlik naziri bazar ertəsi günü bir məlumatda Tehranda və bir neçə vilayətdə təkfirçi qrupların ən böyük terror fitnələrindən biri və bir neçə bomba qoyma əməliyyatının zərərsizləşdirilməsindən xəbər verdi.