İyul 04, 2016 18:14 Asia/Baku
  • Fitrə zəkatının miqdarı
    Fitrə zəkatının miqdarı

Ayətullah İmami Kaşani deyib: Tehran və İranın böyük şəhərlərində fitrə zəkatının miqdarı 7500 tüməndir.

Ayətullah İmami Kaşani müsəlmanların ibadətinin qəbul olunmasını diləyərək və Fitir Bayramı gəlişi münasibəti ilə hamını təbrik edərək deyib: Tehran və İranın böyük şəhərlərində fitrə zəkatının minimum miqdarı 3 kiloqram buğdanın hesablanması ilə adambaşına 7500 tüməndir.

Kiçik şəhərlər, kəndlər və ölkədən kəndarda 3 kiloqram buğda və düyünün hesablanması ilə əldə olunduğunu bildirən İmami Kaşani deyib: Ən çox istifadə olunan məhsul nəzərə alınaraq həmin məhsuldan 3 kiloqramın qiyməti fitrə zəkatı üçün hesab olunur.

Dini Elmlər Hövzəsinin müəllimi fitrə zəkatının ödənməsi zamanının Şəvval ayının ilk görünməsindən bayramın günortasına qədər olduğunu bildirərək deyib: Fitrə zəkatı həqiqi ehtiyaclıların əlinə çatmalıdır. Ailənin zəkatını ailə başçısı və yaxud ailənin xərcini ödəyən ödəməlidir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi də Azərbaycan Respublikasında fitrə zəkatının miqdarını 5-10 manat təyin edib.

Teqlər