İran prezidenti islam ölkələri dövlət başçılarını təbrik etdi
-
İran prezidenti
İran İslam Respublikası prezidenti ümidvarlıq edib ki, ilahi ziyafət ayında iştirak sayəsində və bu səadətli bayram ərəfəsində keçmişdəkidən daha çox həmrəylik və əməkdaşlıqla islam ümməti arasında birlik və qardaşlıq bağlarının möhkəmlənməsi və sülh, təhlükəsizlik və dincliyin bərqərar olunmasının şahidi olacağıq.
Prezident ayrı-ayrı müraciətlərdə Səadətli Fitr bayramı münasibəti ilə islam ölkələri dövlət başçılarını təbrik edib.
Cənab Ruhaninin islam ölkələri dövlət başçılarına müraciətində bildilir: Ümidvaram islam dininin ali təlimlərindən yararlanaraq təfriqəçilik və islamın radikal və sərtlik kimi təqdim olunması ilə mübarizə apara biləcək və islamın həqiqi mehribanlıq simasını hamıya təqdim edə biləcəyik.
Prezident bu müraciətin sonunda Allah-taaladan bütün dünya müsəlmanlarına səadət və xoşbəxtlik arzulayıb.