İranın cənub-şərqində terror aktları ciddi formada araşdırılır
https://azeri.sahartv.ir/news/İran-i224422-İranın_cənub_şərqində_terror_aktları_ciddi_formada_araşdırılır
İranın Nizam-İntizam Qüvvələri sözçüsü İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan əyalətindəki terror aktının ciddi şəkildə izlənilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2016 07:44 Asia/Baku
  • General Səid Müntəzir Mehdi
    General Səid Müntəzir Mehdi

İranın Nizam-İntizam Qüvvələri sözçüsü İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan əyalətindəki terror aktının ciddi şəkildə izlənilməsindən xəbər verib.

İLNA xəbər agentliyinin verdiyi məlumata görə, general Səid Müntəzir Mehdi deyib: Terrorçuların Pakistan ərazisinə qaçması Pakistan dövlətinin məsələyə laqeyd yanaşmasının nəticəsidir və Tehran Pakistanın təhlükəsizlik rəsmilərinin terrorçuların ələ keçirilməsində yaxından əməkdaşlıq etməsini gözləyir.

Çərşənbə günü İranın cənub-şərqində, Sistan və Bəluçestan əyalətində yerləşən Çəkiqur məntəqəsində sərhəd qoşunları ilə terrorçular arasında toqquşmalar baş verib. Bu toqquşmada 4 sərhədçi şəhid olmuşdu.