İran Azərbaycana neft mühəndisliyi xidmətləri verir
İran İslam Respublikası Azərbaycan Respublikasına neft mühəndisliyi xidmətləri verməyə hazırdır.
İran İslam Respublikası neft nazirinin müavini Əlirza Əslərəbi Azərbaycanın Trend İnformasiya Agentliyi ilə müsahibədə deyib: İranın neft mühəndisliyi xidmətləri şirkətləri Azərbaycanın neft sənayesinə xidmətlər verməyə hazırdır.
Əlirza Əslərəbi əlavə edib: İranda neft sektorunda çoxlu təcrübələri və mütəxəssisləri olan 30-35 neft xidmətləri şirkəti vardır və qısa zamanda çoxlu sayda gənc kadrı iş üçün səfərbər edə bilər.
İranın Neft Nazirliyinin rəsmisi deyib: İran və Azərbaycanın neft sənayesində əməkdaşlığı hər iki tərəf üçün faydalı ola və iki ölkə üçün böyük imkanlar yarada bilər.
Azərbaycan Respublikası gündəlik kiçik texniki xidmətlər və təmir işləri texniki saxlama üçün Avropa və Amerika şirkətlərindən istifadə edir. Coğrafi məsafə və xarici valyutadan istifadə və digər səbəblərə görə, çoxlu xərclər yaranır.