Avq 05, 2016 11:39 Asia/Baku
  • Əli Əkbər Vilayəti
    Əli Əkbər Vilayəti

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib: İran nüvə məsələsində əlibağlı deyil və öz mənafeyinə əsasən addım atacaq.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və İranın Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti əl-Məyadin telekanalı ilə müsahibədə deyib: Qərblilər, xüsusilə Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasında öz öhdəliklərini yerinə yetirməmələrini nəzərə alaraq, İran bu barədə əlibağlı deyil və lazım olduğu halda öz mənafeyinə əsasən addım atacaq. 

Vilayəti Türkiyədəki çevriliş və zahirdə bu ölkənin müttəfiqi olan bəzi ölkələrin çevrilişçiləri dəstəkləməsi ilə əlaqədar deyib: İran dərhal bu barədə mövqeyini bildirərək Türkiyənin qanuni hökumətini dəstəklədi. Çünki qanuni hökumətlər və demokratiya prosesi əleyhinə istənilən yerdə çevriliş və zorakılığın tətbiq olunmasına qarşıdır. 

Vilayətinin sözlərinə görə, Türkiyədə çevrilişin maraqlı məsələsi bu idi ki, zahirdə Türkiyənin müttəfiqləri olan bəzi ölkələr çevrilişi pisləmədilər, üstəlik son anlara qədər çevrilişçilərin qələbəsinə çalışdılar. 

Teqlər