Avq 11, 2016 20:12 Asia/Baku
  • Məşhəd-Bakı aviareysinin açılış tədbiri
    Məşhəd-Bakı aviareysinin açılış tədbiri

Məşhəd-Bakı aviareysi çərşənbə günü Azərbaycan sərnişinlərini gətirən təyyarənin Şəhid Haşiminejad Beynəlxalq Məşhəd aeroportunda yerə enməsi ilə bərqərar olunub. Bu uçuşun açılış tədbiir Məşhəddə Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadənin iştirakı ilə keçirilib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Məşhəd-Bakı aviareysinin açılış mərasimində Azərbaycan vətəndaşları, xüsusilə də bu ölkə şiələrinin Həzrət İmam Rzanın (ə) pak hərəmini ziyarət etməyə maraqlı olduqlarını bəyan edərək deyib: Bu aviareys 8-ci imamı sevənlərin Məşhədə səfərini asanlaşdırır.

Möhsün Pakayin əlavə edib: Tarixi, mədəni potensiallar, Məşhədin tibbi imkanlar və həkimlərini nəzərə alaraq, Azərbaycan vətəndaşlarının bu böyük şəhərə səfəri iqtisadi cəhətlərdən əlavə, turizm və müalicə üçün də yüksək əhəmiyyət kəsb edir.

Pakayin deyib: Azərbaycanın iqtisadi fəalları da Rəzəvi Xorasanına səfər etməyə hazırdırlar. Belə ki, bu vilayətdə öz iqtisadi proqramlarını genişləndirsinlər.

Azərbaycan Milli Məclisinin deputatı da bu tədbirdə deyib: Bu aviareysin açılışı iki ölkə əlaqələrinə çoxlu təsiri olacaqdır. Çünki ziyarət imkanı yaranmaqdan əlavə, texniki, elmi, müalicə və iqtisadi əməkdaşlıqlar üçün fürsət yaranmış olacaqdır.

Aydın Mirzəzadə əlavə edib: Bu əməkdaşlıq, qarşılıqlı səfərlərin qarşılıqlı mənafeyi də vardır və tanınmaya və əlaqələrin genişlənməsinə şərait yaradır.

Mirzəzadə cənab Ruhaninin Azərbaycana son səfərinə toxunaraq deyib: Azərbaycan prezidenti bu səfərə çox yüksək əhəmiyyət verirdi və onu əhəmiyyətli və tarixi adlandırdı.

Rəzəvi Xorasanı valisi də bu tədbirdə deyib: Məşhəd-Bakı aviareysinin açılışı müxtəlif iqtisadi, mədəni və müalicə turizmi sahələrində iki ölkə əlaqələrinin genişlənməsi və dərinləşməsinə səbəb olacaq.

Əlirza Rəşidian əlavə edib: İran və Azərbaycanın mədəni, tarixi ortaqlıqları və əlaqələri çox genişdir və İran prezidentinin Bakıya son səfəri və İran, Azərbaycan və Rusiyanın üçtərəfli müqavilələri bu əlaqələri daha da genişləndirdi.

Rəzəvi Xorasanı Aeroportları idarəsinin baş direktoru Məhəmməd Baqir Qasimzadə də deyib: Bu uçuş Şəhid Haşiminejad Beynəlxalq Aeroportunun uçuşlarında və ikitərəfli əlaqələrdə dönüş nöqtəsi olacaqdır.

Məhəmməd Baqir Qasimzadə bu uçuşun Məşhədlə Azərbaycan arasında ilk uçuş olduğunu bəyan edərək deyib: Məşhəd aeroportu ildə 9 milyon sərnişini qəbul edir. Xarici sərnişinlərin payı 2 milyon nəfərdir.

O əlavə edib: Şəhid Haşiminejad aeroportu xarici istiqamətdə 27 birbaşa uçuşlar həyata keçirir.

Qasimzadə deyib: Məşhəd-Bakı uçuşu həftədə iki gün keçiriləcək. Ümidvarıq ki, tezliklə bu uçuşlar gündə həyata keçiriləcək. Bu uçuş hazırda bazar və çərşənbə günləri gediş-qayıdış olaraq 145 nəfərlik AirBus 320 təyyarəsi ilə həyata keçirilir.

Teqlər