Münafiqlər dünyada ən böyük terror qruplaşmasıdır
-
Ayətullah Sadiq Amuli Laricani
İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin sədri deyib: Münafiqlər terror qruplaşması dünyada ən böyük terror qruplaşmalarından biridir və öz zamanının İŞİD-i idi.
İRİB-in məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani bazar ertəsi günü Məhkəmə Hakimlərinin ali rəsmilərinin iclasında Münafiqlər terror qruplaşmasının inqilabın əvvəlindən illərlə ən dəhşətli, cinayətkar və faciəvi hərəkətlərə əl atdıqlarını və İranın dindar şəxsləri, rəsmiləri və imam cümələrini şəhid etdiklərini bəyan edərək deyib: Bu terror qruplaşması İranda 17 mindən çox insanı terror etdi.
Ayətullah Sadiq Amuli Laricani əlavə edib: Bəzi qərb ölkələri, həmçinin Amerika Münafiqlər terror qruplaşmasını dəstəkləyirlər.
Münafiqlər terror qruplaşması İraqın Bəəs rejiminin İran əleyhinə elan olunmamış müharibəsində İraqın Diyalə vilayətinin Əşrəf düşərgəsində yerləşərək İran və İraq xalqlarına qarşı çxlu cinayətlər törətmişdir.
Münafiqlər terror qruplaşması uzun müddət ABŞ və Avropa Birliyinin terror qruplaşmaları beynəlxalq siyahısında qeydə alınmışdı və sonradan Amerikanın müdaxiləsi ilə bu siyahıdan çıxarıldı.
Münafiqlər terror qruplaşmasının cinayət işində, terror, insan oğurluğu, insan qaçaqçılığı, təyyarə qaçırmaq, çirkli pulları yumaq, silahlı basqın, narkotik maddələrin qaçaqçılığı, soyqırımı və bir çox təxribatçı fəaliyyətlər vardır. Terror qruplaşmasının özü buna etiraf edib.